Sumqayıt şəhəri İstedad liseyində STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb
Sentyabrın 21-də Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən İstedad liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılış mərasimi olub.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.
Qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, mərkəzin yaradılması istedadlı şagirdlərin potensialının artırılması, eləcə də onların yerli, beynəlxalq olimpiada və müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır.
Elm və təhsil naziri Emin Əmrullayev mərkəzin təhsildə yeni yanaşma, həmçinin innovativ tədris metodlarının tətbiqi baxımından əhəmiyyətli olacağını vurğulayıb. 2023–2024-cü tədris ilində STEAM əsaslı təhsilin əhatə dairəsinin genişləndirildiyini qeyd edən Emin Əmrullayev bildirib ki, əsas məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin olunması, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır.
Nazir məktəbdə yaradılmış şəraitin şagirdlər arasından bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, biz güclü insan kapitalı yaratmaq, ölkəmizi innovasiya məkanına çevirmək üçün ilk növbədə dəqiq elmlər, texnologiyalar və İT üzrə bilikləri artırmalı, bu sahədə mütəxəssislər yetişdirməyə nail olmalıyıq. Yeni mərkəz məhz bu rolu oynayacaq. Burada şagirdlərin riyaziyyat, kimya, informatika, robotiks sahələrində bilik və bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, eləcə də innovativ təhsil layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəblilər üçün yaradılan innovativ şəraitə görə təşəkkürünü bildirib.
Daha sonra təhsil müəssisəsinin yeni təmir olunmuş kitabxanasına baxış keçirilib.
Sonda məktəb kollektivi ilə xatirə fotosu çəkdirilib.
1 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00