Daha 116 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb
2023–2024-cü tədris ilindən əlavə olaraq 116 məktəbdə də peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Hazırda “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 232 sinif olmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir.
Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflər mövcud olan məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin burada təhsil tamamilə ödənişsizdir.
Peşə təmayüllü siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər də keçirilir. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Bununla yanaşı, şagirdlərin səriştəliliyinin artırılması məqsədilə onlara əsas səriştələr fənni tədris olunur.
Qeyd edək ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin təşkilində məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, onlara sahibkarlıq bacarıqları aşılamaq, həmçinin əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməkdir.
21.09.2023 - 11:10
Elanlar
-
İş adamları və özəl təhsil müəssisələrinin diqqətinə!
29.11.2023 - 10:40 -
UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi
24.05.2023 - 11:00 -
Qazaxıstanda təhsil imkanı – 2023/2024
12.05.2023 - 09:30 -
“Lüdovika alimləri qonaq mühazirəçi” proqramında iştirak imkanı
11.05.2023 - 12:18 -
UNESCO və Su təhlükəsizliyi və Dayanıqlı İdarəetmə Beynəlxalq Mərkəzi elmi məqalələrin qəbulunu açıq elan edir
05.05.2023 - 12:51