3-cü “Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib
İyulun 26-da ADA Universitetində 3-cü “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışçılar üçüncü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasındakı rolunu vurğulayıb, rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.
Tədbir çərçivəsində 3-cü “Yüksəliş” müsabiqəsinin 22 qalibi diplomla təltif edilib.
Müsabiqə qaliblərini 1 il ərzində böyük şirkətlərin top-menecerləri və dövlət orqanları rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, Kadr Ehtiyatı Bankına daxiledilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi ölkə Prezidentinin 2019-cu il tarixində imzaladığı müvafiq sərəncam əsasında təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
1 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00