MINEPS VII konfransına hazırlıqla bağlı ilk iclas keçirilib
Aprelin 12-də bədən tərbiyəsi və idman üzrə nazir, həmçinin yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransına (MINEPS VII) hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Ötən ay Parisdə UNESCO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, hazırlıq işləri ilə bağlı komitə nəzdində işçi qrup fəaliyyət göstərir.
İclasda MINEPS VII konfransına hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr aparılıb. Bildirilib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində təmsil olunacaq MlNEPS VII konfransı UNESCO-nun idman sahəsi ilə bağlı beynəlxalq tədbiridir.
Qeyd edək ki, bədən tərbiyəsi və idman üzrə nazir, həmçinin yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransı 26-29 iyun tarixlərində Bakıda keçiriləcək.
3 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
