Təhsil İnstitutuna yeni direktor təyinatı
Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsil İnstitutuna direktor təyin olunan Rüfət Əzizov institutun kollektivinə təqdim edilib. Rüfət Əzizovu kollektivə təhsil naziri təqdim edib.
Qeyd edək ki, Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub və 2003-cü ildə bitirib. Həmin universitetdə aspirantura təhsilinə davam edərək 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi (PhD) elmi dərəcəsini alıb. 2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub (Chartered Scientist). ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2014-2016 illərdə ADA/Maastricht universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oksford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi üzrə Executive MBA proqramını bitirib. Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak edib. Onlardan Kornell Universiteti-ali idarəetmə, Corc Vaşinqton Universiteti-layihələrin idarə olunması və Oksford Universiteti-süni intellekt proqramını qeyd etmək olar.
Bakı Ali Neft Məktəbinin MBA proqramı, kimya mühəndisliyi magistratura proqramında, eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. Amerikan brendi olan “Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. Müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib. 2005-2011-ci illərdə BP Exploration LTD-də, 2012-ci ildən isə “Unimetal” MMC-də çalışıb.
5 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
