• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Heydər Əliyev və hüquqi dövlət” olimpiadasının qalibləri mükafatlandırılıb

Fevralın 28-də “Heydər Əliyev və hüquqi dövlət” olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
 
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Konstitusiya Məhkəməsinin hakimləri Ceyhun Qaracayev və Rövşən İsmayılov, qalib şagirdlər, müəllimlər, həmçinin  valideynlər iştirak ediblər. 
 
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Konstitusiya Məhkəməsinin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Bakı məktəbliləri arasında keçirilən hüquq olimpiadasının məqsədi şagirdlər arasında hüquqi savadlılığı təbliğ etməkdir.  
 
Bakının  60 ümumi təhsil müəssisəsindən 1200 şagirdi əhatə edən bilik yarışında 154 nəfər qalib olub. 
 
Tədbirin yekununda qaliblərə diplom və hədiyyələr təqdim edilib. 


 

Təltif olunanlar
 


2 il əvvəl