Fənn olimpiadalarının I mərhələsinin nəticələri
Respublika fənn olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.
Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Qeyd edək ki, növbəti mərhələ informatika fənni üzrə 18 fevral, digər fənlər üzrə 25 fevral 2023-cü il tarixlərində keçiriləcək.
Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 1-15 fevral 2023-cü il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.
3 il əvvəl
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
