Qeyri-iş günləri ilə əlaqədar dərslərin təşkili
Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə müvafiq qərarına əsasən 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Bu səbəbdən beşgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.
Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində isə 5 noyabr iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi, yəni noyabrın 7-si iş günü, 8-9 noyabr tarixləri isə qeyri-iş günləri hesab edilir. Beləliklə, altıgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 və 7 noyabr iş günləridir.
2 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00