Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarının müzakirəsi keçirilib

Oktyabrın 18-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib. 

 

Görüşdə millət vəkilləri, Elm və Təhsil Nazirliyinin əməkdaşları, tanınmış ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər. 

 

Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov Elm və Təhsil Nazirliyinin ictimai müzakirəyə hər zaman açıq olduğunu bildirib. Nazir müşaviri qeyd edib ki, məhz bu baxımdan bir çox layihələr tətbiqinə başlamamışdan əvvəl ictimaiyyətin müzakirəsinə təqdim olunur. Elnur Nəsibov qeyd edib ki, sözügedən qaydaların pilot layihə kimi ilkin olaraq bir neçə məktəbdə tətbiqi nəzərdə tutulur. 

 

Daha sonra çıxış edən Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” barədə geniş təqdimatla çıxış edib. 

 

Şagirdlərin məktəbdaxili davranış qaydalarından danışan Elnur Əliyev bildirib ki, bu sənəd ümumi təhsil müəssisəsi təhsilalanlarının hüquqlarını təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir. Şöbə müdiri bildirib ki, sözügedən qaydalar nümunə xarakter daşıyır və məktəb rəhbərliyi bu çərçivədə öz daxili qaydalarını tərtib edə bilər. 

 

Çıxış edən digər qonaqlar da öz növbəsində məktəbdəki münasibətlərin tənzimlənməsinin, çərçivə sənədinin olmasının əhəmiyyətli olduğunu qeyd ediblər. 

 

Sonda hər iki sənədlə bağlı ictimai rəyin öyrəniləcəyi də vurğulanıb.


3 il əvvəl