Təhsil xidmətlərinin "ASAN xidmət" mərkəzlərində əhatə dairəsi genişlənir
Oktyabrın 17-dən Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində daha 6 “ASAN xidmət” mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb. Sözügedən mərkəzlərə Ağcabədi, Tovuz, Masallı, Mingəçevir, İmişli və Qəbələ “ASAN xidmət” mərkəzləri aiddir.
Qeyd edək ki, Bakıdakı 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində, 2 saylı Sumqayıt və 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri dvətəndaşlara təqdim olunur.
Mərkəzlər vasitəsilə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər:
- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- Cari təhsil alanlar üçün elektron təhsil arayışları;
- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
- Təhsil Tələbə Kreditinə elektron müraciət (qeydiyyat);
- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı;
- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu;
- Ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu;
- Sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatlarının verilməsi.
Qeyd olunan təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.
Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler
3 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
