Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq elmi-praktik konfrans başa çatıb

Sentyabrın 20-də Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində keçirilən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın yekun tədbiri baş tutub.


Beynəlxalq tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub. 


Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, millət vəkilləri və digər rəsmilər, mədəniyyət sahəsinin mütəxəssisləri iştirak edib. 


Konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran qonaqları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. 


Daha sonra çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, konfransda 15 ölkədən nümayəndələr qatılıb. Nazir qeyd edib ki, bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından bu konfrans mühüm əhəmiyyət daşıyır.


Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, mədəniyyətin iqtisadiyyatı ilə mədəni iqtisadiyyat arasında fərq var. Mədəni iqtisadiyyat dayanıqlı inkişafin əsas alətlərindən biridir. Nəzər salsaq görərik ki, ən varlı ölkə ilə ən kasıb ölkə arasında fərq əsrlər keçdikcə artıb. Bir çox tədqiqatçılar bu fərqi ayrı-ayrı xalqların mədəniyyəti ilə əlaqələndirir. Yaponiyaya fikir versək, orada böyük sıçrayış olduğunu görərik. Bu ölkədə mədəniyyətin zənginliyi istənilən sahənin inkişafına təsir etmişdir.

 

Konfransın Şuşada başlanılmasının təsadüfi olmadığını deyən Firudin Qurbanov bildirib ki, Qarabağda bir çox mədəniyyət abidələri, mədəniyyət ocaqları – muzeylər, mədəniyyət evləri, kitabxanalar, təhsil müəssisələri dağıdılıb. Nazir müavininin sözlərinə görə, indi bizim tarixi abidələrimiz, Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi və s. bərpa olunur. Dövlətimiz Azərbaycanın inkişafını mədəni sərvətlərlə bağlayır. Bu, bizi sevindirir. Bizim məqsədimiz əsrlərboyu qoruduğumuz mədəniyyəti gələcək nəsillərə ötürməkdir. 


İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev öz növbəsində deyib ki, ötən dövr ərzində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər daha da artıb. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksək artım davam edib.


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mədəniyyət sahəsinin Azərbaycan üçün həmişə prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. 


Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb. 


Konfrans öz işini panel iclaslarla davam etdirib. 


Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə reallaşan konfransın birinci hissəsi Şuşa şəhərində keçirilib.
 


3 il əvvəl