• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə onlayn sınaq imtahanı keçirilir

Avqustun 18-də təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə onlayn sınaq imtahanına start verilib.

 

İmtahan saat 18:00-dək "Virtual məktəb" platforması üzərindən keçiriləcək.

 

Sınaq imtahanında namizədlərə ixtisasa aid 50, metodika və pedaqogikaya dair 10 test tapşırığı təqdim olunacaq.

 

İbtidai sinif müəllimləri "Virtual məktəb" platformasında öz hesablarına daxil olmaqla sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanında hər müəllim yalnız 1 dəfə iştirak edə bilər.

 

İmtahanda iştirakla bağlı təlimat aşağıdakı linkdə verilib: https://youtu.be/miKoDU5KUpM


2 il əvvəl