• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdədir

İyulun 19-da təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın "British Expertise" təşkilatında təhsillə bağlı ən müasir texnoloji xidmətlər təqdim edən təhsil qurumlarının nümayəndələri ilə görüşüb.

 

İyulun 20-də isə Emin Əmrullayev Lordlar Palatasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun təşkilatçılığı əsasında dünyanın və Böyük Britaniyanın Vorvik (University of Warwick), Nyukasl (Newcastle University), Durham (Durham University), Lester (University of Leicester) və s. kimi nüfuzlu universitetlərin rəhbərləri və nümayəndələri ilə görüşüb. 

 

Görüş zamanı nazir hazırda ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verib. Dövlət Proqramı çərçivəsində 36 nəfər Azərbaycan vətəndaşının hazırda Böyük Britaniyada müxtəlif istiqamətlər üzrə doktorantura təhsili aldığı qeyd olunub, ikili diplom proqramları, həmçinin yeni Dövlət Proqramı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
 


2 il əvvəl