204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Ölkə üzrə 204 ümumi təhsil müəssisəsində e-Jurnal və e-Gündəlik sisteminin tətbiqi davam etdirilir. Sözügedən təhsil müəssisələri Bakı, Sumqayıt şəhərləri və digər 11 bölgədə yerləşir.
Layihənin məqsədi müəssisə üzrə pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşmasıdır. Bu sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtib edilməsi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarə olunması elektronlaşdırılıb. Həmçinin elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, eyni zamanda mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı da yaradır. Tətbiq olunan sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.
Hazırda “Elektron jurnal və gündəlik” sistemi 204 təhsil müəssisəsinin 324 357 şagird və 23 337 müəllimini əhatə edir. Növbəti tədris ilindən daha 158 müəssisədə də bu sistemin tətbiqi nəzərdə tutulur. Bununla da “Elektron jurnal və gündəlik” sisteminin 536 646 şagird və 37 448 müəllimi əhatə etməsi proqnozlaşdırılır.
Qeyd edək ki, elektron jurnalın funksionallıqları ilə bağlı istifadəçilərdən gələn tələb və təkliflər nəzərə almaqla hər tədris ilində təkmilləşdirmələr aparılır.
2 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00