• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Oxu günü” keçirilib

Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” devizi altında “Oxu günü” keçirilib.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.

Tədbirin rəsmi hissəsində çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev kitabın müqəddəs olduğunu deyib. Çingiz Abdullayev diqqətə çatdırıb ki, əgər bir xalqın alimləri çoxdursa, o xalq inkişaf edir.

Bakı Kitab Mərkəzi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə reallaşan tədbirdə ümumtəhsil məktəb və liseylərin şagirdləri müxtəlif təqdimatlarla çıxış ediblər.

“Oxu günü”ndə, həmçinin iştirakçılara bədii-elmi kitabların sərgisində yeni nəşrlərlə tanış olmaq, şair və yazarlarla görüş, ustad dərslərində iştirak, interaktiv yarışlarda biliklərini sınamaq imkanları yaradılıb.

Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim olunub, əlyazma kitabların hazırlanması, xəttatlıq sənəti və digər mövzularda ustad dərsləri təşkil edilib, kitabların müzakirəsi keçirilib, kitablarla fləşmob, xoreoqrafik etüdlər nümayiş olunub.

“Oxu günü”ndə müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri sərgilənib.

Tədbirdə məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorina da keçirilib. Suallara düzgün cavab verən şəxslərə kitablar və müxtəlif hədiyyələr təqdim olunub.


2 il əvvəl