• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 5 peşə ixtisası üzrə sənəd qəbulu elan edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi turizm sahəsində iaşə üzrə mütəxəssis, bağban-dekorator, baytar texniki, elektrik qaz qaynaqçısı və tikiş avadanlıqlarının operatoru, tikişçi peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır. 

 

Belə ki, sözügedən ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

İmtahanlardan uğur əldə edən ərizəçilərə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçilərə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom  təqdim ediləcək. 

 

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən (https://tkta.edu.az/p/informal-education#application-guidelines-informaleducation)  istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
 


3 il əvvəl