Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat bu gün yekunlaşır
Martın 14-də Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq. Proses bu gün saat 18:00-dək davam edəcək.
Sözügedən bilik yarışında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.
3 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00