• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Slavyan Universitetinin rektoru kollektivə təqdim edilib

Fevralın 18-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev təhsil müəssisəsinin kollektivinə təqdim edilib. 

 

Rektoru təqdim edən təhsil naziri Emin Əmrullayev dövlət başçısının müvafiq sərəncamını diqqətə çatdıraraq Anar Nağıyevi bu münasibətlə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 

 

Emin Əmrullayev qeyd edib ki, BSU-nun özünəməxsus  tarixi, ənənələri, Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Vurğulanıb ki, ali təhsil müəsissələri qarşısında dayanan ən mühüm vəzifələr təhsilin keyfiyyətinin yaxşılaşdırılması, müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin vətəndaş kimi formalaşması, qarşılıqlı etimad mühitinin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. 

 

Təhsil naziri Anar Nağıyevin rəhbərliyi ilə unikal ali təhsil müəssisəsi olan BSU-da son zamanlar həyata keçirilən yeniliklərin, islahatların davamlı olacağına və bu ali təhsil müəssisəsinin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olacağına inamını ifadə edib. Nazir bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı müvafiq tövsiyələrini verib.


3 il əvvəl