Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır
Azərbaycanda sürətli fiber-optik bağlantı ilə təmin olunan təhsil müəssisələrinin sayı artmaqdadır. Hazırda Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) ümumilikdə 4292 təhsil müəssisəsini əhatə edir.
Ötən 2021-ci il ərzində 478 təhsil müəssisəsi sürətli fiber-optik bağlantı ilə ATŞ-yə qoşulub. Nəticədə fiber-optik bağlantı ilə şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı ümumilikdə 726 olub.
Fiber-optik internet bağlantısının təmin edilməsi məktəblərdə məlumatların ötürülmə sürətinin artırılması, yeni Wi-Fi zonalarının yaradılması, sinif otaqlarında yeni kompüter avadanlıqlarının qoşulması və bununla da daxili şəbəkənin genişləndirilməsini mümkün edib. Bununla yanaşı, məktəblərdə tədrisin innovativ formatda təşkil olunması, dərslərin kəsintisiz distant formatda keçirilməsi və dərs zamanı interaktiv alətlərdən istifadə üçün geniş imkanlardan faydalanmaq imkanı yaradılıb.
Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.
3 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00