Yüksək nəticə göstərən idmançılarla görüş keçirilib
Dekabrın 29-da Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.
Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlam olmalarının əhəmiyyətini vurğulayan Firudin Qurbanov idmançıları əldə etdikləri nailiyyətlər və qarşıdan gələn yeni il münasibətilə təbrik edib, onların uğurlarının davamlı olacağına əminliyini bildirib.
Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri cari il ərzində respublika yarışlarında 144 qızıl, 120 gümüş, 159 bürünc olmaqla ümumilikdə 432 medal, beynəlxalq yarışlarda 81 qızıl, 87 gümüş, 116 bürünc olmaqla ümumilikdə 284 medal qazanıb.
3 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00