“First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışı keçirilir
4 il əvvəl
Ötən gündən başlayaraq ADA Universitetində Təhsil Nazirliyi və "Edumedia" şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı bu gün yekunlaşacaq.
FLL şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə iştirak edərək gələcək elm insanları və mühəndislər üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.
Bu il keçirilən turnirin mövzusu “CITY SHAPER” adlanır. Turnirdə iştirak üçün 10-16 yaşlı şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparıblar, “Lego Midstorms EV3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığaraq, onun proqramlaşdırmasında yaradıcı yanaşma nümayiş etdiriblər
Bu gün tədbirin mükafatlandırma mərasimi keçiriləcək və iştirakçlılar mükafatlandırılacaqlar.
Yarış haqqında daha ətraflı məlumat almaq və http://www.fllazerbaijan.org/ internet səhifəsinə müraciət etmək mümkündür.
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
