• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum keçirilib

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum baş tutub.


Forum Təhsil Nazirliyi, Təhsil İnstitutu (ARTİ) və “T-Network” təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə keçirilib. 


450-ə yaxın iştirakçının qatıldığı, yerli və xarici mütəxəssislərin çıxış etdiyi beynəlxalq forumun məqsədi erkən uşaq inkişafı ilə bağlı tədqiqat və təcrübələri bölüşmək, cəmiyyəti bu haqda maarifləndirmək, erkən uşaq inkişafında təhsilin önəmi və inkişaf mexanizmləri haqqında məlumat vermək olub.


Açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov məktəbəqədər təhsilin əhəmiyyətini qeyd edib, ölkədə bu sahədə baş verən nailiyyətlərdən, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rolundan söz açıb. 


Sonda forumun təşkilatçılarına təşəkkür edən Rüfət Əzizov iştirakçılara uğurlar arzulayıb.

 

Açılış nitqindən sonra Amerikanın St.Louis İntensiv Uşaq İnkişafı proqramının müəllimi Laura Conson, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi  Elmina Kazımzadə, Estoniyanın “Uşaq Akademiyası” Adaptasiya, Korreksiya və İnkişaf Mərkəzinin təşkilatçısı Yelena Parfyonova, Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı və müəllimi  Aytəkin Hüseynli, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova, tərbiyəçi-müəllim və dünyanın ən yaxşı 10 müəllimi nominasiyasının qalibi  Nurten Akkuş, Vaşinqton Universitetinin Təhsil Siyasəti və İdarəetmə fakültəsinin doktorantı Sevinc Məmmədova, "T-Network" platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, ADA Universitetinin təhsil fakültəsinin baş müəllimi Ülviyyə Mikayılova təqdimatla çıxış ediblər. Spikerlər uşaqların erkən inkişafı ilə bağlı tədqiqat və təcrübələrini paylaşıb, müxtəlif mövzulara toxunublar.


Onlayn forumun videoyazısını müvafiq linkə daxil olaraq izləyə bilərsiniz: https://youtu.be/vor3nfDfccE


Qeyd edək ki, “Erkən uşaq inkişafı” beynəlxalq onlayn forumunun gələcəkdə davamlı keçirilməsi nəzərdə tutulub.
 


3 il əvvəl