• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin I mərhələsinə start verilib

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin I mərhələsinə start verilib. Qeydiyyat prosesi https://codehour.algoritmika.az/ internet əhifəsi üzərindən həyata keçirilir.

 

Müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər şəxşi kabinetlərində I mərhələ üzrə informatika fənni kursunun əsas mövzularını əhatə edən 15 tapşırığı həll etməlidirlər. Tapşırıqların həll edilməsi üzrə vaxt məhdudiyyəti qoyulmayıb, lakin qaliblər təyin edilərkən sadəcə düzgün həll edilmiş tapşırıqların sayı deyil, həmçinin, onlara sərf olunan vaxt da nəzərə alınacaq. I mərhələ 18 noyabr saat 18:00-dək davam edəcək.

 

Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər 23 noyabr tarixində keçiriləcək II mərhələyə buraxılacaqlar. Bu mərhələdə şagirdlər proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını nümayiş etdirmək üçün 7 mini-kvest tapşırığını yerinə yetirməlidirlər.

 

Müsabiqənin final mərhələsinə vəsiqə qazanan şagirdlər komandalara bölünəcək. Dekabr ayında keçiriləcək final mərhələsində şagirdlər əyani formada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcəklər. Sonda müsabiqənin qalibləri mükafatlandırılacaq.

 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

 


3 il əvvəl