Tələbələr üçün “EdTech Startap” müsabiqəsi - İlk dəfə
Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə cari ilin noyabr-dekabr aylarında tələbələr arasında “EdTech Startap” müsabiqəsi keçiriləcək.
Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır.
Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak edə bilərlər.
“EdTech” müsabiqəsi haqqında daha ətraflı məlumat almaq üçün edtechstartup.az internet səhifəsinə müraciət etmək mümkündür.
4 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
