• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vətən müharibəsi iştirakçısı olan müəllimlərə həsr olunmuş tədbir keçirilib

Noyabrın 4-də Azərbaycan Gənc Müəllimlər Assosasiyası və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər Forumu: Tarix Yazan Müəllim” adlı tədbir keçirilib. 

 

 8 noyabr – Zəfər Gününə həsr olunmuş forumda təhsil nazirinin müavini Muxtar Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri iştirak ediblər.

 

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir zamanı 44 günlük Vətən müharibəsində təhsil işçilərinin Azərbaycanın ən yeni tarixinin bir parçası olduğu, şanlı qələbənin qazanılmasında onların şücaəti və qəhrəmanlığı da vurğulanıb.

 

Giriş nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov qonaqları salamlayaraq, rəhbəri olduğu ali təhsil müəssisəsinin məzunlarının, hazırda pedaqoji fəaliyyətlə məşğul olan gənclərin böyük əksəriyyətinin 44 günlük Vətən müharibəsində iştirak etdiyini qeyd edib. 

 

Təhsil nazirinin müavini Muxtar Məmmədov çıxışında diqqətə çatdırıb ki, II Qarabağ müharibəsi başlayan gündən təhsil işçiləri də könüllü olaraq döyüşə qatılaraq, şanlı qələbənin qazanılmasında öz töhfələrini veriblər. Nazir müavini qeyd edib ki, Vətən müharibəsində 760 təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb. Müharibə zamanı 20 nəfər təhsil işçisi şəhidlik zirvəsinə ucalıb.


Muxtar Məmmədov əlavə edib ki, təhsil ictimaiyyətinin bundan sonrakı əsas vəzifəsi izəfəri qoruyacaq və aşılayacaq gəncliyi sağlam ruhda tərbiyə etməkdir.

 

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, müharibə zamanı qələbənin əldə olunmasında Azərbaycanın təhsil işçilərinin rolu danılmazdır.  

 

Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə çıxışı zamanı rəhbəri olduğu təşkilatın fəaliyyəti boyu gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradılmasında, müsbət gənc müəllim imicinin formalaşmasında, həmçinin bu imicin təbliğ olunmasında töhfələr verdiyini qeyd edib. Təşkilat rəhbəri bundan sonra da “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində layihələrin keçirilməsində maraqlı olduğunu vurğulayıb.

 

Çıxış edən millət vəkili Müşfiq Cəfərov, Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov və digər qonaqlar Vətən müharibəsində iştirak etmiş müəllimlərimizə təşəkkür edib, onlara zəfər tariximizin gənclərimizə təbliği işində uğurlar arzulayıblar. 
 


3 il əvvəl