Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumları-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün Hankyong Universitetində Kənd Təsərrüfatı və Regionların İnkişafı üzrə təqaüdlü magistr proqramı elan edir.
2010-cu ilin avqust-2011-ci ilin sentyabr aylarını əhatə edən 14 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:
· kənd təsərrüfatı sahəsi üzrə dövlət sektorunda çalışmalı, bu sahədə müvafiq bilik və bacarıqlara malik olmalı;
· ali təhsilli olmalı;
· ingilis dilini yüksək səviyyədə bilməli;
· Koreyada təhsili bitirdikdən sonra bu sahədə ən azı bir il müddətində çalışmaq imkanı olmalı ;
· əqli və fiziki cəhətdən tam sağlam olmalı;
· bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır.
İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
· KOICA ərizə forması;
· müvafiq ali təhsil müəssisəsinin ərizə forması;
· motivasiya (əsaslandırma)məktubu;
· CV;
· Tərcümeyi-hal;
· diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri;
· dil biliklərini təsdiq edən sertifikat (əgər varsa-TOEFL, IELTS və s.);
· əmək kitabçasının surəti (olduğu təqdirdə);
· 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
· namizədin və valideynlərinin şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti;
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.hknu.ac.kr/web/eng/home internet səhifəsindən əldə edə bilərsiniz.
Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
