• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lisey və gimnaziyalara boş qalan yerlərə müraciətlər davam edir

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlər davam edir.

 

Müraciətlər 27 iyul saat 16:00-dək qəbul edilir. Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz: https://cutt.ly/bm7oBje. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.

 

Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək. 

 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
 


2 il əvvəl