Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Koreyanın Koreyaşünaslıq üzrə Ali Məktəbi (Graduate School of Korean Studies) tərəfindən xarici vətəndaşlar üçün aşağıdakı ixtisaslar üzrə təqaüd elan edilib:
- Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər, Koreyaşünaslıq üzrə magistr proqramı;
- Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər üzrə doktorantura proqramı.
Qeyd: Magistr proqramı üçün müraciət etmək arzusunda olan namizədlərin bakalavr təhsili üzrə ixtisasının müraciət olunan təhsil proqramı ilə eyni olması şərt deyil.
Proqramda iştirak etmək arzusunda olan namizədlər:
- ali təhsilli olmalı;
- 40 yaşdan aşağı olmalı;
- Koreyada eyni ixtisas üzrə hər hansı digər təhsil proqramında təhsil almamalıdır.
Elan edilmiş təhsil proqramı çərçivəsində tədris ingilis dilində aparılır. Bununla əlaqədar olaraq namizədlər ingilis dili biliklərini təsdiq edən müvafiq sənədi - TOEFL (əgər varsa) təqdim etməlidirlər.
Bütün sənədlər birbaşa olaraq Koreyaşünaslıq üzrə Ali Məktəbə təqdim olunmalıdır.
Proqram və sənədlər barəsində ətraflı məlumatları www.aks.ac.kr\admission internet səhifəsindən əldə etmək mümkündür.
Namizədlərin sənədlərinə baxıldıqdan sonra onlarla telefon vasitəsi ilə müsahibə aparılacaq. Seçilmiş namizədlər barəsində müvafiq məlumatlar internet səhifəsində yerləşdiriləcək və namizədlərə elektron poçt vasitəsi ilə bildiriləcək.
Təqaüd proqramı üçün son müraciət tarixi payız semestri üçün 30 aprel 2010-cu il, yaz semestri üçün isə 31 oktyabr 2010-cu ildir.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
