9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirlər
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 9 May - faşizm üzərində Qələbə Günü ilə əlaqədar cari ilin aprel-may aylarında "Bizim qəhrəmanlar" adı altında silsilə tədbirlər keçirilib.
COVİD-19 pandemiyası ilə əlaqədar onlayn formada keçirilən tədbirlərin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, istedadlı gənclərin üzə çıxarılmasından ibarət olub.
Tədbirlər çərçivəsində Mərkəzin dərnək üzvlərinin ifasında şeir nümunələrindən ibarət videoçarxlar hazırlanıb, gənc rəssamlar arasında 9 May Faşizm üzərində Qələbə Gününə həsr olunmuş onlayn rəsm müsabiqəsi keçirilib, rəsm əsərlərindən ibarət virtual sərgi təşkil olunub.
Mərkəzin yetirmələri tərəfindən İkinci dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov və digər qəhrəmanlara həsr olunmuş videoçarxlar hazırlanıb.
Qeyd edək ki, hazırlanan videoçarxlar 9 may 2021-ci il tarixdə sosial şəbəkələrdə nümayiş olunacaqdır.
5 il əvvəl
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
