“BİR” könüllülər təltif edilib
Mayın 7-də 2020-ci il - “Könüllülər ili” çərçivəsində aktiv fəaliyyət göstərən bir qrup tələbə-könüllünün təltifetmə mərasimi keçirilib.
Mərasimdə iştirak edən təhsil naziri Emin Əmrullayev könüllülük fəaliyyətinin tələbələrə qazandırdıqlarından danışıb. Nazir bildirib ki, könüllülük fəaliyyətinin gənclərimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi sevindirici bir haldır.
Təhsil naziri sonda “BİR” tələbə-könüllüləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov öz növbəsində könüllük fəaliyyəti əsasında qazanılan bilik və bacarıqların şəxsiyyət kimi formalaşmaqda mühüm rol oynadığını vurğulayıb.
Sonda könüllülərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Bir” tələbə-könüllü proqramı tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərir. BİR könüllü olmaq istəyən tələbələr https://konullu.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
4 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00