Xarici diplomların tanınması üçün müraciət daha da asanlaşır
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşların istifadə rahatlığı üçün daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.
Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.
5 il əvvəl
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
