Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BƏT-in mandatına aid olan müxtəlif sahələr üzrə təcrübə keçmək imkanı yaradılıb.
3-6 aylıq təcrübə müddəti ərzində tələbələr BƏT-in fəaliyyəti ilə yaxından tanış olmaq və müvafiq sahələrdə biliklərini artırmaq imkanı əldə edəcəklər.
Təcrübə proqramında iştirak etmək arzusunda olan namizədlər:
- Magistratura və ya doktorantura təhsilini bitirməli, yaxud bakalavr pilləsinin sonuncu kursunda təhsil almalı;
- BƏT-in fəaliyyət dairəsinə aid sahələrdə (beynəlxalq hüquq, iqtisadiyyat, əmək münasibətləri, politologiya və sosial elmlər) ixtisas biliklərinə malik olmalı;
- ingilis, fransız və ya ispan dilində yüksək şifahi və yazılı biliklərə, eləcə də yüksək ünsiyyət, həmçinin, müstəqil və qruplarda işləmək bacarıqlarına malik olmalıdırlar.
Namizədlərin seçimi BƏT-in ayrı-ayrı şöbə və departamentlərinin ehtiyaclarına uyğun olaraq aparılacaqdır. Seçim zamanı İKT sahəsində iş təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcəkdir.
Təcrübə proqramında iştirakla bağlı beynəlxalq nəqliyyat, yaşayış və yemək xərcləri namizədin özü və ya sponsor təşkilat tərəfindən ödənilməlidir. Namizədi maliyyələşdirən hər hansı sponsor təşkilat olmadığı təqdirdə, onlara 1500 İsveçrə frankı məbləğində aylıq məvacib ödəniləcəkdir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər CV formasını və əsaslandırma məktubunu elektron poçt vasitəsi ilə BƏT-in seçdikləri müvafiq departamentinə-şöbəsinə göndərməlidirlər. Seçim barədə yekun qərar namizədə birbaşa olaraq həmin departament-şöbə tərəfindən bildiriləcəkdir. Seçilmiş namizədlər müvafiq sənədləri, həmçinin, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova- tel: 496-33-11; dax:248) də təqdim etməlidirlər.
Proqram barəsində ətraflı məlumatları www.ilo.org internet səhifəsindən əldə etmək mümkündür.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
