Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyi tərəfindən gənc iqtisadçılar üçün aşağıdakı mövzularla bağlı yazılmış tədqiqat işi üzrə 5000 İsveçrə frankı məbləğində mükafat elan edilmişdir:
- Ticarət sazişlərinin formalaşdırılması;
- Şərti himayədarlıq;
- Ticarətin asanlaşdırılması;
- Ticarət sazişlərinin təsirləri;
- Ticarət üçün yardım;
- Mübahisələrin həllinin iqtisadi aspektləri;
Müsabiqədə ən azı aspirantura-doktorantura pillələrini bitirmək üzrə olan namizədlər iştirak edə bilərlər. Tədqiqat işi ingilis dilində və 15.000 söz həcmində olmalıdır.
Qaliblər 2010-cu ilin sentyabr ayında Avropa Ticarət Tədqiqatı Qrupunun İsveçrənin Lozan şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində mükafatlandırılacaqlar. Qalibin Lozan şəhərinə səfəri ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Müsabiqə barəsində ətraflı məlumatı http://www.wto.org/english/news_e/news10_e/rese_02mar10_e.htm internet səhifəsindən əldə etmək mümkündür.
Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər tamamlanmış tədqiqat işini və tərcümeyi-halını cari ilin 15 iyun tarixinə qədər aishah.colautti@wto.org elektron poçt ünvanına göndərməli, həmçinin müvafiq sənədləri, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; daxili: 248) təqdim etməlidirlər.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
