Peşə Təhsil Mərkəzində işləmək istəyən ixtisaslı mütəxəssislərin nəzərinə!
Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə aşağıdakı sahələr üzrə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilir:
• İKT (Veb-dizayn, şəbəkənin quraşdırılması və təmiri, proqramlaşdırma)
• Avtomobil (Mühərrikin təmiri, korpusun təmiri və boyanması, elektrik )
• Mexanika (Ümumi mexanika, CNC-tornaçı və frezləmə dəzgahlarının işi, Auto CAD/CAM)
• Sənaye sahəsində quraşdırma (Xüsusi qaynaq, qövs qaynaq santexnika)
• Elektrik (PLC & İdarəetmə qurğusu, elektromontaj işləri, texniki xidmət)
• Elektronika (Elektrik avadanlıqlarının təmiri, rəqəmsal-mikroprosessor, Analoq -ümumi elektron sxemlər)
• Avtomatlaşdırma (İstehsal proseslərinin avtomatlaşdırılması, hidravlika, pnevmatika)
• İnşaat (Auto CAD, dülgər, interyer)
Müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsilinə, həmçinin bu sahədə minimum 2 il iş təcrübəsinə malik olan mütəxəssislər işə qəbul üçün müraciət edə bilərlər.
İşə qəbul olunan mütəxəssislərə 2 ay müddətində Bakıda koreyalı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mütəxəssislər növbəti 3 ay ərzində isə Koreyada keçirilən təlimlərdə iştirak edəcəklər. Təlimlər ödənişsizdir.
Qəbul seçim yolu ilə aparılır. Seçim zamanı ingilis dilini bilən namizədlərə üstünlük veriləcək. Əmək haqqı yüksəkdir.
İşləmək istəyən ixtisaslı mütəxəssislər iyulun 1-dək CV-lərini office@vet.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.
8 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
