Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT
TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT N- 4394 AZ
SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR
MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Xidmətlərin məqsədi: Seçilmiş pilot məktəblərin təmirnin layihə-smeta sənədlərinin hazırlanması. Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan xidmətin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir.
İcraçı təşkilat üçün ixtisas tələbləri:
1) Mülki binaların təmir-tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində ən azı 3 illik peşəkar iş təcrübəsinə malik olmalıdır;
2) Təhsil-tədris müəssisələrinin təmir tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində iş təcrübəsi;
3) Məsləhətçi müvafiq sahələr üzrə ixtisaslaşmış əsas heyətə malik olmalıdır;
4) Beynəlxalq qurumların maliyyələşdirdiyi layihələr üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir;
5) Texniki Tapşırıqda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün qalib şirkətə müqavilə təltif edilməzdən əvvəl Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziya tələb olunacaqdır.
İcra müddəti: iyun 2010-dekabr 2011
Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, aprelin 16-na qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
- müraciət məktubu;
- yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
- müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
- nizamnamə.
Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na müvafiq olaraq Keyfiyyət və Qiymətə Əsaslanmış Seçim metodu üzrə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti-49.
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
