• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin açıq tender elanı

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 5  saylı  Ərazi  Maliyyə  Hesablaşma  Mərkəzi

açıq  tender  elan  edir

 

Tender 1 lot üzrə keçirilir. Lot- 1. Deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin görülməsi.

Tender  iştirakçılarına  təklif  edilir  ki, öz  təkliflərini möhürlənmiş, imzalanmış  şəkildə ikiqat zərflərdə, yazılı  surətdə  təqdim  etsinlər. Müqaviləni  yerinə  yetirmək  üçün tender  iştirakçıları  lazımi  maliyyə  və  texniki  imkanlara  malik  olmalıdırlar.

Tenderdə  iştirak  etmək  istəyənlər  lot  üzrə 50 (əlli) manat  məbləğində iştirak  haqqını  aşağıda  göstərilən  hesaba  köçürdükdən  sonra  Azərbaycan  dilində  tərtib  olunmuş  əsas  şərtlər  toplusunu  Balakən  rayonu  H.Əliyev  prospekti 81 ünvanından (əlaqələndirici şəxs Elnur  İbrahimov  Telefon: 02429-5-54-06) ala bilərlər

VÖEN:3800682661

Bank:Kapital Bank Balakən filialı

H/h-AZ83AİİB32051019446900201169

VÖEN:9900003611

M/h-AZ37NABZ01350100000000001944

S.W.İ.F.T BİK AİİBAZ2X

 

İştirak  haqqı  heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

- Tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş  öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə  hesablarının surəti

- İddiaçının  son  bir  ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

- İddiaçının tam adı, hüquqi statusu, nizanmnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

Görülən işlər təqdim olunmuş qrafikə əsasən yerinə yetirilməlidir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender  proseduru “Dövlət satınalınmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçilar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti istisna olmaqla 5 mart 2018-ci il saat 17 00 –dək, tender təklifi və bank zəmanətini isə 15 mart  2018-ci il saat 17:00-dək möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 mart 2018-ci il saat 10:00-da  yuxarıda göstərilən ünvanda açıqlanacaqdır.

İddiaçıların səlahiyyətli  nümayəndələri  iştirak  edə  bilərlər.

 

Tender   Komissiyası


6 il əvvəl