Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyinin 2017/2018-ci tədris ili üçün elan etdiyi Təqaüd Proqramı
Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura
Yaş həddi: Bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək
Tədris dili: Rumın
Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə formasını doldurmalı və 24.04.2017-ci il saat 12:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərməlidir.
Elektron poçtla göndərilən sənədlərin əslinin isə yalnız 24.04.2017-ci il saat 16:00-dan 17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində əlaqədar şəxsə (Nərmin Həsənovaya) təqdim edilməsi xahiş olunur.
Tələb olunan sənədlər:
• Ərizə forması (əlavədədir);
• CV (tərcümeyi-hal);
• Doğum haqqında şəhadətnamənin surəti;
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ümumvətəndaş pasportunun surəti;
• Sağlamlıq haqqında arayış;
• Yaşayış yerindən arayış;
• Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surəti;
• Bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surəti;
• Bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavə (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surəti;
• 2 ədəd fotoşəkil.
Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.
9 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
