Satın alınma ilə bağlı bildiriş
2017/2018-ci tədris ilinə ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satın alınması üzrə keçirilən açıq tender iştirakçılarının şifahi sorğularına, eləcə də “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq əsas şərtlər toplusunda aşağıdakı dəyişiklik edilmişdir:
Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğu iştirak etdiyi lotlar üzrə son üç il ərzində dərsliklərin nəşri və çapı sahəsində uğurla yerinə yetirdiyi müqavilələrin cəmi məbləğinə cavab verməlidir.
| Lot nömrəsi | Minimal müqavilə məbləği (manatla) |
| Lot 1 | 450000.00 |
| Lot 2 | 700000.00 |
| Lot 3 | 2050000.00 |
| Lot 4 | 550000.00 |
| Lot 5 | 500000.00 |
| Lot 6 | 1100000.00 |
| Lot 7 | 1900000.00 |
| Lot 8 | 650000.00 |
Açıq tenderin əsas şərtlər toplusunda edilmiş bu dəyişiklik tender iştirakçıları üçün məcburi qüvvəyə malikdir. Bu dəyişiklik iştirakçılar arasında sağlam rəqabət mühitinin yaradılmasına və iştirakçıların say tərkibinin artırılmasına imkan verəcəkdir.
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Tender komissiyası
9 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
