• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı  sənədlər təqdim edilməlidir:

∙ ərizənin surəti

∙ əmək kitabçasının surəti

∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədi müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə)

∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir)

∙ bir ədəd ağ  fonda rəngli fotoşəkil

∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  (29 fevral 2016-cı il tarixindən 14 mart 2016-cı il tarixi saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz.

Telefonlar: 599-11-55 (dax: 52-28)

 

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru

sektor müdiri

Ştat vahidinin sayı: 1

İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Qulluq funksiyaları: sektorun işinin təşkili və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi; sektorda işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi; təhsil sistemində məktəbdənkənar fəaliyyyətin həyata keçirilməsində, inkişaf proqramlarının hazırlamasında iştirak; idman profilli məktəbdənkənar təhsil müəssisələrinin vəziyyətinin təhlili, fəaliyyətlərinin təkmilləşdirilməsi, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; təhsilalanlar arasında yarış, birincilik, çempionat və digər idman tədbirlərinin keçirilməsinin təmin edilməsi.

Vəzifənin tutulması şərtləri: təhsil: ali təhsil; iş stajı: 3 il; kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə), xarici dil: rus dili (orta səviyyədə).


8 il əvvəl