• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərancam

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:

 

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:


1.1. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda (bundan sonra – Tədbirlər Planı) nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 1.1-ci, 1.2-ci, 1.3-cü, 1.6-cı və 1.11-ci bəndlərinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


1.2. Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Ali Məhkəməsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 1.4-cü bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


1.3. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə birlikdə Tədbirlər Planının 5.3-cü və 5.4-cü bəndlərinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməklə, icra vəziyyəti tələb etdikdə hər il (icra müddətinin sonuncu ilində isə müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq) razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


1.4. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə birlikdə Tədbirlər Planının 6.2-ci bəndinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməklə, icra vəziyyəti tələb etdikdə hər il (icra müddətinin sonuncu ilində isə müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq) razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


1.5. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə birlikdə Tədbirlər Planının 6.9-cu bəndinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməklə, icra vəziyyəti tələb etdikdə hər il (icra müddətinin sonuncu ilində isə müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq) razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq:


2.1. icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 1.8-ci, 1.9-cu və 2.10-cu bəndlərinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 1.10-cu bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


2.3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.9-cu bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


2.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.11-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


2.5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.13-cü bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


2.6. Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.14-cü, 3.4-cü və 3.6-cı bəndlərinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 3.1-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


2.8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.12-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq:


3.1. icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 3.2-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


3.2. Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 1.5-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.1-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


4. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.4-cü bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:


5.1. icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 1.7-ci, 2.5-ci, 4.1-ci və 4.2-ci bəndlərinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


5.2. Bakı Şəhər İcra Hakimiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.7-ci bəndinin icrası ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


5.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 2.8-ci, 4.6-cı və 4.10-cu bəndlərinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq, icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.5-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.8-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Bakı Şəhər İcra hakimiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.11-ci bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə altı ay qalmışdan gec olmayaraq, icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.13-cü bəndinin icrası ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


10. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər və digər icraçı qurumlar Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.


11. Bu Sərəncamın 1.1-ci, 1.2-ci, 2.6-cı (Tədbirlər Planının 3.4-cü və 3.6-cı bəndləri) və 5.1-ci (Tədbirlər Planının 1.7-ci bəndi) bəndlərinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 1.3-cü, 1.4-cü, 1.5-ci bəndlərinin və 10-cu hissəsinin icrası Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə, 2.1-ci, 2.2-ci, 2.4-cü, 2.5-ci, 2.6-cı (Tədbirlər Planının 2.14-cü bəndi), 2.7-ci, 3.1-ci və 3.2-ci bəndlərinin icrası İqtisadiyyat şöbəsinə, 2.3-cü bəndinin icrası Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə, 4-cü hissəsinin icrası Humanitar məsələlər şöbəsinə, 5.1-ci (Tədbirlər Planının 2.5-ci, 4.1-ci və 4.2-ci bəndləri), 5.3-cü bəndlərinin və 6-cı hissəsinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə, 5.2-ci bəndinin icrası Regionların inkişafı şöbəsinə, 7-ci hissəsinin icrası Beynəlxalq əməkdaşlıq şöbəsinə, 3.3-cü bəndinin və 8-ci hissəsinin icrası Sosial məsələlər şöbəsinə, 2.8-ci bəndinin və 9-cu hissəsinin icrası Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.


12. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 may 2022-ci il