• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 29-da Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bir əsrə yaxın şərəfli ömür sürmüş, Azərbaycanın maarif, təhsil, pedaqoji fikir və milli mətbuat səhifələrində öz dəst-xətti ilə seçilən “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi təhsilimizin tarixində əhəmiyyətli hadisədir. Nazir “Azərbaycan məktəbi” jurnalının keçdiyi uğurlu inkişaf yolundan, təhsilimizə layiqli töhfələr verdiyindən söz açaraq bu mətbu orqanın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov çıxış edərək bildirib ki, jurnal bir mətbu orqan kimi məktəb həyatının ən zəruri məsələlərini işıqlandırılmaqla təhsilimizin inkişafına xidmət edib.
Tədbirdə iştirak edən alim və pedaqoqlardan Ə.Ağayev, Y.Kərimov, H.Əhmədov və başqaları yubiley münasibətilə “Azərbaycan məktəbi” jurnalının əməkdaşlarını təbrik ediblər.
Sonda təhsil naziri Misir Mərdanov “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfova, baş redaktoru müavini Nəsrəddin Musayevə Təhsil Nazirliyinin “Azərbaycan Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanını, bir qrup əməkdaşa isə Fəxri fərman təqdim edib.


8 il əvvəl