• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 4-də Təhsil Nazirliyində Azərbaycan nümayəndə heyətinin Almaniyaya rəsmi səfərinin yekununa dair təqdimat keçirilib.

Təhsil naziri Misir Mərdanov oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə heyətinin Almaniyaya rəsmi səfəri çərçivəsində aparılan danışıqlar və keçirilən görüşlər barədə məlumat verib. Nazir səfərin əsas məqsədinin Azərbaycan-Almaniya təhsil əlaqələrinin daha da genişləndirilməsi istiqamətində perspektivlərin müəyyənləşdirilməsi olduğunu qeyd edib, Bonn Universitetində “Azərbaycan iqtisadiyyatında keçid mərhələsi və təhsilin beynəlmiləlləşməsi (Boloniya prosesi)” mövzusunda keçirilən beynəlxalq simpoziumda edilən çıxışlardan, müzakirə olunan məsələlərdən danışıb. Misir Mərdanov Ştutqart Şərabçılıq üzrə Təhsil və Elmi-Tədqiqat Mərkəzində maddi-texniki baza və laboratoriyalarla tanış olduqlarından, müvafiq istiqamətdə fikir mübadiləsi aparılmasından söz açıb. Nazir bildirib ki, 2010-2011-ci dərs ilində Azərbaycan Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində təhsil alan 3 tələbənin 2 il müddətinə həmin mərkəzə təhsil almaq üçün göndərilməsi, bu məqsədlə cari dərs ilində qeyd edilən universitetlərdə II kurs tələbələrindən seçilib ilin sonunadək intensiv alman dili kursuna cəlb olunması qərara alınıb.
Misir Mərdanov təqdimat-məruzədə qeyd edib ki, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-ci ildə 5, 2008-ci ildə 21, 2009-cu ildə isə 45 tələbə Almaniyaya göndərilib və ümumilikdə, hazırda 450-dən artıq azərbaycanlı tələbə Almaniyada təhsil alır. Nazir Alman Akademik Mübadilə Xidmətinin ölkəmizə ayırdığı təqaüdlərdən və gördüyü işlərdən danışıb.
Nazir Baden-Vürttenberq Torpağının dövlət katibi ilə görüşdə buradakı universitetlər, Elm və Təhsil Nazirliyi, eləcə də tədqiqat müəssisələri ilə birbaşa əlaqələrin qurulması, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Nazir Ştutqart Dual Ali Məktəbində, Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində, İxtisasartırma Təhsili Akademiyasında da müvafiq sahə üzrə söhbət aparıldığını və bir sıra təkliflərin qeyd olunduğunu vurğulayıb.
Sonda Misir Mərdanov səfərin nəticə və perspektivlərindən söz açıb.


8 il əvvəl