• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar əmrinə əsasən müvafiq təşkilat komitəsi yaradılıb və tədbirlər planı təsdiq edilib.

Yubiley tədbirinin noyabrın 18-də «Gülüstan» sarayında keçirilməsi nəzərdə tutulub.
Ulu öndər Heydər Əliyevin dediyi kimi «Yarandığı ilk dövrlərdə təlim-tərbiyə prosesini Azərbaycan maarifinin gözəl ənənələri üzərində qurmuş Bakı Pedaqoji Texnikumu bu gün də müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır, respublikanın ümümtəhsil məktəblərini və təlim-tərbiyə ocaqlarını pedaqoji kadrlarla təmin edir». 18 elmlər namizədinin, 43 metodist-müəllimin, innovativ treninqlərin seminarların sertifikatını almış 21 müəllimin çalışdığı kollec kollektivinin səmərəli fəaliyyəti, yeni təlim texnologiyalarının intensiv tətbiqi, maddi-texniki bazanın İKT ilə zənginləşdirilməsi öz bəhrəsini verir. Məktəbdə fəaliyyət göstərən «Resurs» mərkəzinin pedaqoji təmayüllü orta ixtisas təhsili məktəbləri üçün mütəmadi olaraq keçirdiyi interaktiv təlim metodlarına dair seminarlar və «açıq dərs»lər, gənclərin milli mənəvi dünyasını zənginləşdirən çoxsaylı tədbirlər bu təhsil ocağının baza məktəbi kimi formalaşmasını təmin edib.
Görkəmli Azərbaycan ziyalıları H. Cavid, Ü. Hacıbəyov, A. Şaiq, C. M. Qənizadə, Camo Cəbrayılbəyli, Mədinə Qiyasbəyli, Əlisöhbət Sumbatzadə, M. Təhmasib, M. Dilbazi, C. Novruz, Ə. Cəfərzadə və onlarla digər görkəmli şəxslərin həyatı, ilkin peşə-ixtisas təhsili, pedaqoji fəaliyyəti uzun illər dahi M. Ə. Sabirin adı ilə məhşurlaşmış bu məktəblə bağlı olub. Zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoji Kolleci 90 illik fəaliyyəti dövründə daim yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutur.


8 il əvvəl