• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu günlərdə “Hyatt-Regency” otelində “Dünyaya Baxış” təşkilatının Azərbaycandakı fəaliyyətinin 15 illiyi münasibəti ilə tədbir keçirilib.

Təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə çıxış edərək “Dünyaya baxış” təşkilatının ölkəmizdə gördüyü işlərdən danışıb və bu qurumu yubiley münasibətilə təbrik edib.
Tədbirdə “Dünyaya Baxış” təşkilatının rəhbərliyi, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Sonda iştirakçılara təşkilatın 15 illik fəaliyyətini əks etdirən qısa film təqdim olunub.
Qeyd edək ki, “Dünyaya Baxış” təşkilatı 1994-cü ildən qaçqın və köçkünlərə ərzaq yardımı etməklə fəaliyyətə başlayıb. Bu təşkilat sığınacaqların tikilməsi və bərpası, icmaların təşkil olunması, mikro-maliyyə, təhsil müəssisələrinin təmir və tikintisi, inklüziv təhsil, eləcə də digər inkişafyönümlü layihələrlə işini davam etdirməkdədir. “Dünyaya Baxış” təşkilatı müxtəlif istiqamətlər üzrə 7 layihə həyata keçirir. Həmin layihələrdən ikisi təhsil sahəsində Dövlət Proqramlarının icrasına yardım etmək məqsədini daşıyır və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.


8 il əvvəl