• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 30-da Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında ali məktəb tələbələri arasında “Azərbaycan-çiçəklənən diyar” mövzusunda təşkil olunmuş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil nazirinin müavini Qulu Novruzov qalibləri təbrik edərək bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərə dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhu aşılamaq və rəsm sahəsində istedadı olanları üzə çıxarmaqdan ibarətdir. Ali məktəb tələbələri arasında ilk dəfə təşkil olunmuş müsabiqənin 2 mərhələdə keçirildiyini vurğulayan nazir müavini Respublika mərhələsinə 100-ə yaxın rəsm işinin təqdim edildiyini nəzərə çatdırıb.
Q.Novruzov Azərbaycan Rəssamlıq Akademiyası istisna olmaqla bir çox digər ali məktəb tələbələrinin iştirak etdiyi müsabiqəyə məzmunlu və dolğun əsərlərin çıxarıldığını bildirib. Müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən nazir müavini belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Təhsil nazirinin müavini müsabiqənin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdən olduğuna diqqət çəkib. Müsabiqə qaliblərinin Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirildiyini söyləyən Q.Novruzov bütün iştirakçılara uğurlar arzulayıb.
Digər çıxış edənlər gənclərin potensial imkanlarının aşkara çıxarılması baxımından müsabiqənin əhəmiyyətindən bəhs ediblər.
Daha sonra müsabiqədə fərqlənmiş tələbələrə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.


8 il əvvəl