• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 7-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88–ci ildönümünə həsr olunmuş «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil edilmiş rəsm müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Uşaq Yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, rəsm müsabiqəsinin əsas məqsədi uşaq və gəncləri ulu öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyə etmək, istedadlı gəncləri aşkara çıxarmaqdır. Nazir müavini qeyd edib ki, müsabiqəsinin şəhər, rayon mərhələsinə 10 minə yaxın məktəbli qatılıb. Müsabiqənin respublika mərhələsinə 350 rəsm işinin təqdim edildiyini söyləyən E.Qasımov peşəkar rəssamlardan ibarət münsiflər heyətinin seçimi əsasında 18 rəsm müəllifinin qalib elan olunduğunu nəzərə çatdırıb.
Tədbirin sonunda müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.


8 il əvvəl