• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 17-də Təhsil Nazirliyində ötən il idman sahəsi üzrə keçirilən respublika müsabiqəsi qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, bu müsabiqə “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi”, “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə idmanın inkişafı üzrə atılan müsbət addımlar barədə məlumat verib. Bu işin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən nazir ölkə Prezidentinin mövcud sahənin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Misir Mərdanov Azərbaycanda idman sahəsi üzrə qazanılan qələbələrdən, Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə gördüyü işlərdən və nəzərdə tutulan digər tədbirlərdən danışıb.
 Sonra nazir əlavə edib ki, qeyd olunan müsabiqədə 148 idman məktəbi iştirak edib. Onlardan 81-i Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 56-sı Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi olub. Eyni zamanda nazir müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər olmaqla münsiflər heyəti tərəfindən 18 qalibin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir.Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 62-si Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir.
157 idman məktəbində 27 idman növü inkişaf etdirilir. 421 bölmədə 8079 qrupda 100511 uşaq, yeniyetmə və gənc gündəlik olaraq idmanla məşğul olurlar. İdman məktəblərində 4876 nəfər məşqçi-müəllim işləyir ki, onlardan 2913 nəfəri ixtisaslı, 444-ü isə müxtəlif kateqoriyalı məşqçi-müəllimlərdir.
Tədbirdə 6 nominasiya üzrə keçirilmiş müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.
Millət vəkillərinin və müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi mərasimdə çıxış edənlər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında idmanın böyük rolu olduğunu və qazanılan nailiyyətləri xüsusi qeyd ediblər.
Mərasimdə həmçinin Təhsil İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədov şahmat sahəsindəki xidmətlərinə görə və 50 illik yubileyi münasibətilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.


8 il əvvəl