• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 25-də Təhsil Nazirliyində ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirilib.

İclasda İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar Təşkilatı Milli Konfederasiyası və Qeyri-hökumət təşkilatı forumunun nümayəndələri iştirak edib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq son illər bu sahəyə göstərilən dövlət qayğısından, qəbul edilən Dövlət Proqramından danışıb.Nazir müxtəlif qurumların nümayəndələrinin daxil olduğu Əlaqələndirmə Şurasının yaradılmasına böyük önəm verdiyini və müvafiq istiqamətdə mövcud olan problemlərin həllində şuranın xüsusi rol oynayacağını diqqətə çatdırıb. Sonra Misir Mərdanov Dövlət Proqramı qəbul edildikdən sonra görülən işlər və gələcək perspektivlər haqqında ətraflı məlumat vermək üçün sözü nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verib.
N.Məmmədov “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin İnkişafı üzrə Dövlət Proqramı(2007-2012-ci llər)nın yerinə yetirilməsi vəziyyəti barədə” təqdimat-məruzə edib, peşə təhsili müəssisələrinin illər üzrə əsas göstəriciləri, onların avadanlıqlarla təminatı vəziyyəti, tədris-maddi bazası barədə statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Mövcud sahə üzrə bu günün reallığından söz açan məruzəçi hazırda ölkəmizdə 107 texniki-peşə təhsili müəssisəsinin fəaliyyət göstərdiyini, həmin müəssisələrdə isə 23 453 şagirdin təhsil aldığını qeyd edib. N.Məmmədov Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərdən, bir sıra beynəlxalq təşkilatlarla birgə görülən işlərdən, eləcə də perspektiv planlardan danışıb.
İclasda cari ilin yanvarında Təhsil Problemləri İnstitutunda “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasından, mərkəzin əsas funksiyalarından da söz açılıb.
Tədbirdə iştirakçıların məruzə ilə əlaqədar suallarına cavab verilib, bir sıra məsələlərə dair rəy və təkliflər səslənib.
Sonda Əlaqələndirmə Şurasının növbəti iclasının paytaxtın peşə təhsili müəssisələrindən birində keçirilməsi qərara alınıb.


8 il əvvəl