• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Onlayn sorğu: müəllim peşəsinə maraq artıb

Təhsil Nazirliyinin saytında keçirilən “2018-ci ildə təhsil sahəsində ən uğurlu yeniliklər hansılardır?” sorğusu başa çatıb.

Bir ay davam edən onlayn sorğuda 1483 nəfər iştirak edib.

Onlardan 609 nəfər müəllim peşəsinə marağın artmasını, 306 nəfər “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri, 248 nəfər I siniflərə elektron qəbulun aparılmasını,153 nəfər məktəbəhazırlığın əhatəsinin genişlənməsini, 91 nəfər ali təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsini, 76 nəfər nüfuzlu elmi jurnalllarda Azərbaycan alimlərinin nəticələrinin çap olunmasını 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik hesab edib.

Beləliklə, sorğunun nəticəsinə əsasən, 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik müəllim peşəsinə marağın artması olub.


5 il əvvəl