Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb
8 il əvvəl
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə 7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura ( 6 nəfər ) və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.
Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50
